“Gaming League Azerbaijan” növbəti turniri kiber idman həvəskarlarına təqdim edir.
Offsideplus.az xəbər verir ki, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman), Azərbaycan Kiber İdman Federasiyası, Azərbaycan Gənclər və İdman nazirliyi və Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliyinin dəstəyi ilə 1 iyun, Uşaqların Beynəlxalq Müdafiəsi Günündə, “Fortnite” oyunu üzrə yeni turnir baş tutacaq. Duo (ikili komanda) sistemi üzrə keçiriləcək yarışda iştirak üçün artıq 720 nəfər qeydiyyatdan keçib. Turnir uşaqların müdafiəsinə həsr olunmaqla yanaşı, eləcə də iyun ayının gedişatında start götürəcək “Fortnite Milli Liqasına” seçim xarakteri daşıyır. Mübarizədə ən yaxşı nəticə göstərəcək 5 komanda elit liqaya birbaşa vəsiqəni təmin edəcəklər. Ümumilikdə 32 komandanın çempionluq uğrunda yarışacağı “Fortnite Milli Liqasında”, hər bir cütlük Azərbaycanın fərqli regionu təmsil edəcək.
Hadisələrin gedişatını daha yaxından müşahidə etmək üçün “Gaming League Azerbaijan”ın Instagram və Facebook səhifələrini izləyin. Kiber idman sevərlər turniri @glahub “Twitch” kanalından canlı izləyə bilərlər.