Gənclər arasında keçirilən ‘’Evdə qal, OnlayNHNə qoşul’’ şüarı ilə Nə? Harada? Nə zaman? oyunu üzrə ‘’OnlayNHN’’ layihəsinin üçüncü turuna yekun vurulub.

Offsideplus.az xəbər verir ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Gənclərin İntellektual İnkişaf Mərkəzi və ‘’Xəzər İntellektual Gənclər Klubu’’nun təşkilatçılığı ilə ‘’Quantum’’ platformasında keçirilən yarışda 50-dən artıq komanda mübarizə aparıb. 24 suallıq oyun paketinin 19 sualına doğru cavab verən lider Prestij komandası birinci, eyni sayda sualı cavablandıran lakin reytinq xallarında geri qalan YaSumBa GəPitİz komandası ikinci, Hərum komandası isə 18 xalla üçüncü yerə sahib olub.

5
Layihənin məqsədi sosial izolyasiya və karantin günlərində intellektual oyun vərdişlərinin artırılması və gənclərin asudə vaxtlarının səmərəli təşkil edilməsidir. May-iyun aylarını əhatə edəcək layihə dörd turdan ibarət olacaq.
Növbəti tur üçün müraciətlər 30 maydan elan edilib. Qeydiyyat 6 İyun 21.00-a qədər davam edəcək.
Əlavə məlumatları “Xəzər İntellektual Gənclər Klubu“ və “Xəmsə Milli İntellektual Oyunu“nun facebook səhifələrindən əldə etmək mümkündür.