E-Milli Liqa kiber futbol turnirində “Sabah” komandası qeydiyyatdan keçib.

Offsideplus.az xəbər verir ki, Paytaxt klubunu turnirdə Nicat Şərifov və Camal Zeynallı təmsil edəcək.

Qeyd edək ki, E-Milli Liqa kiber futbol turniri Azərbaycan Futbol Federasiyaları Assosiasiyası - AFFA, Sport Marketing Group və CBC Sport telekanalının təşkilatçılığı ilə keçirilir.