Ölkəmizdə daha bir kiberidman liqası start götürüb.

Offsideplus.az xəbər verir ki, “Gaming League Azerbaijan”, Azərbaycan Kiberidman Federasiyası, Azərbaycan Gənclər və İdman nazirliyi, Azərbaycan Rabitə və Yüksək Texnologiyalar nazirliyi, eləcə də Topazın birgə təşkil etdiyi CS:GO Milli Liqasında may ayının 4-dən etibarən mübarizəyə başlanılıb.

CSGO Scoreboard

Azərbaycanın 8 bölgəsinin əks olunduğu “Lankaran Heroes”, “Karabakh Horses”, “Sumqayit Peacekeepers”, “Ganja Poets”, “Guba Tigers”, “Shamakhi Lions”, “Shaki Khans”“Nakhchivan Alinja Tower” komandaları ümumilikdə 5000 manat mükafat fondu uğrunda yarışacaqlar. Liqa 14 turdan ibarət olacaq və hər komanda rəqibləri ilə 2 dəfə üz-üzə gələcək. Marafonun sonunda ilk pillənin sahibi 1000 Azn, 2-ci yerdə qərarlaşan komanda 700 Azn, liqa 3-cüləri isə 500 Azn mükafat qazanacaqlar. Hərəsində 5 kiberidmançının yer aldığı komandalar eləcə də hər qələbə, heç-heçə və məğlubiyyətə görə də əlavə mükafatlar qazanacaqlar. Yarışı yaxından izləmək istəyənlər isə “Gaming League Azerbaijan”ın “Twitch” səhifəsinə daxil ola bilərlər.