Teymur Rəcəbov İddiaçılar turnirində iştirak etməyəcək.
Offsideplus.az xəbər verir ki, bu barədə qrossmeysterin özü FİDE-yə məlumat verib.
Şahmatçımız şəxsi problemlər səbəbindən turnirdən geri çəkilib. Onu fransalı Maksim Vaşye-Laqrav əvəz edəcək.
Qeyd edək ki, T. Rəcəbov 2019-cu ildə Dünya Kubokunun qalibi olduğu üçün bu turnirdə iştirak etmək hüququ əldə etmişdi.