Sinqapurda Qlobal Kiber İdman Federasiyasının yaradıldığı barədə məlumat vermişdik.
Offsideplus.az xəbər verir ki, yeni yaradılan Federasiyanın İdarə Heyəti üzvləri arasında həmyerlimiz Ramil Əliyev də yer alıb. Kiber İdmanda geniş təcrübəyə malik olan Ramil Əliyev 2013-cü ildən Azərbaycan Kiber İdman Federasiyasının prezidentidir.
Qlobal Kiber İdman Federasiyasının yaradılmasında əsas məqsəd dünya miqyasında kiber idman hərəkatına dəstək olmaqdır.
Xatırladaq ki, Azərbaycan Kiberidman Federasiyası 2011-ci ildə fəaliyyət göstərir.