"Milan" təcrübəli qapıçısı Mik Menyanla müqavilə uzatmağı planlaşdırır.
Offsideplus.az xəbər verir ki, yeni sözləşmənin müddəti 2031-ci ilin yayına qədər olacaq.
O, komandanın ən çox qazananlarından biri olacaq.
Bu barədə "Sky Sport" məlumat yayıb.
Menyan 2021-ci ildən "Milan"da çıxış edir. O, cari mövsüm 20 oyunun 10-da qapısını "toxunulmaz" saxlamağı bacarıb.



