"İnter" klubu futbolçusu Hakan Çalhanoğlu barədə qərar verib.
Offsideplus.az xəbər verir ki, "neradzuri" türkiyəli yarımmüdafiəçinin sözləşməsini uzatmağı düşünmür.
Bu barədə "CalcioMercato" portalı məlumat yayıb.
H. Çalhanoğlunun hazırki müqaviləsi 2027-ci ilin yayında başa çatır.
"İnter" rəhbərliyi 30 yaş üstü futbolçulara yüksək məbləğli maaş ödəmək istəmir.
Hakan hazırda klubda ən çox maaş alan 2-ci futbolçudur.



