"Empoli"nin baş məşqçisi Aurelio Andreaççoli ilə yollarını ayırıb.

Offsideplus.az xəbər verir ki, buna səbəb komandanın A Seriyasında uğursuz çıxışı olub. Klub rəhbərliyi baş məşqçini doğum günündə işdən qovub. Həmin gün italyan mütəxəssisin 65 yaşı tamam olurdu.
Qeyd edək ki, "Empoli" ölkə çempionatında 6 xalla 18-ci pillədə qərarlaşıb.