"Yuventus" Ceydon Sanço üçün "Mançester Yunayted"lə apardığı danışıqları dayandırıb.
Offsideplus.az xəbər verir ki, "qoca sinyora" bir az gözləmək qərarı alıb. Onlar ilk öncə bəzi oyunçuları satıb, daha sonra yenidən transferlər üçün danışıqlara başlayacaq.
Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
C. Sançonun "Mançester Yunayted"lə müqaviləsi gələn ilin yayında başa çatır. O, sonuncu mövsümü icarə əsasında "Çelsi"də keçirib.
İngilis futbolçu London klubunda 44 oyunda 5 qol vurub və 10 məhsuldar ötürmə edib.



