"Yuventus" rəhbərliyi Ceydon Sanço üçün "Mançester Yunayted"lə danışıqları davam etdirir.
Offsideplus.az xəbər verir ki, "qoca sinyora" 25 yaşlı futbolçuya görə İngiltərə klubuna 10+5 milyon avro təklif edib. "Qırmızı şeytanlar" isə 20 milyon tələb edir. Tərəflər arasında danışıqlar davam edir və klublar razılığa gələcəyinə inanırlar.
Bu barədə "Correiro dello Sport" məlumat yayıb.
Sanço ötən mövsümü icarə əsasında "Çelsi"də keçirib. O, London klubunda 41 oyunda 5 qol vurub və 10 məhsuldar ötürmə edib.
İngilis futbolçunun "mankunianlar"la müqaviləsinin başa çatmağına 1 il qalıb.



