"Yuventus" klubu Veston Makkenni ilə müqavilə uzadacaq.
Offsideplus.az xəbər verir ki, "qoca sinyora" amerikalı yarımmüdafiəçinin sözləşməsini 2028-ci ilin yayına qədər artıracaq.
Bu barədə "Relevo" portalı məlumat yayıb.
Makkenni 2020-ci ildən "Yuventus"da çıxış edir. O, cari mövsümdə 40 oyunda 5 qol vurub və 3 məhsuldar ötürmə edib.
"Yuventus" daha bir futbolçusu Federiko Qattinin də müqavilə müddətini uzatmağı planlaşdırır.