"Əl-Nəsr"in hücumçusu Kriştianu Ronaldu mövsümün sonunda Səudiyyə Ərəbistanı klubunu tərk edə bilər.
Offsideplus.az xəbər verir ki, daha əvvəl portuqaliyalı futbolçunun Madrid "Real"ına və ya Milan "İnter"inə keçə biləcəyi barədə məlumat yayılmışdı.
"Neradzurri" futbolçuya maraq göstərmir, çünki "İnter"in baş direktoru Cüzeppe Marotta Ronaldu ilə müqavilə bağlamağın maliyyə baxımından çətin olduğunu hesab edir.
Bu mövsüm portuqaliyalı hücumçu bütün turnirlərdə 33 oyunda iştirak edib, 28 qol vurub və 4 qol ötürməsi edib. Futbolçunun klubla hazırkı müqaviləsi 2025-ci ilin yayına qədər qüvvədədir. Transfermarkt portalının məlumatına görə, oyunçunun bazar dəyəri 12 milyon avro təşkil edir.