"Yuventus" vacib oyunçusunu satışa çıxarır.
Offsideplus.az xəbər verir ki, söhbət Duşan Vlahoviçdən gedir. Turin təmsilçisi futbolçusunu 33 milyon funt-sterlinqə satmağa hazırdır. Buna səbəb Duşan ilə müqavilənin müddətinin sonuncu ilinə qədəm qoyulmasıdır. Bu barədə "Calciomercato" nəşri məlumat yayıb.
Qeyd edək ki, 25 yaşlı hücumçu 2022-ci ildən "Qoca Sinyora"nın formasını geyinir.