"Yuventus" yeni mövsümə hazırlıqlarını davam etdirir.

Offsideplus.az xəbər verir ki, klubun baş məşqçisi Tiaqo Motta 3 futbolçunu heyətinə qatmağı düşünür.

Belə ki, Turin təmsilçisi "Borussiya"da icarə əsasında çıxış edən "Mançester Yunayted"in üzvü Ceydon Sançonu, həmçinin "qırmızı-şeytanlar"ın digər futbolçusu Meyson Qrinvudu heyətinə qatmağı düşünür. Bundan başqa A Seriyası təmsilçisi Dortmund klubunun hücumçusu Kərim Adeyemini də rənglərinə qatmağda istarlıdır.