"Roma" argentinalı hücumçu Paulo Dibala ilə müqaviləni uzatmaqda maraqlıdır.

Offsideplus.az xəbər verir ki, bu barədə "X" sosial şəbəkəsində jurnalist Nikolo Skira məlumat verib. Mənbənin məlumatına görə, Dibalanın sözləşməsində 12 milyon avroluq sərbəst qalma maddəsi var və bu, yalnız xarici klublar üçün keçərlidir. “Roma” bu şərtdən xilas olmaq və hazırda müddəti 2025-ci ildə başa çatan müqavilənin uzadılması ilə bağlı danışıqlara başlamaq istəyir.

İtaliya A Seriyasının cari mövsümündə 30 yaşlı forvard 18 oyun keçirib, 11 qol vurub və 6 məhsuldar ötürmə edib.