Mərc oynadığı üçün 7 ay futboldan uzaqlaşdırılan "Yuventus"un yarımmüdafiəçisi Nikolo Faqioli asılılığının şəxsi həyatına necə təsir etdiyini açıqlayıb.

Offsideplus.az xəbər verir ki, futbolçu hər kəslə əlaqəni kəsdiyini bildirib:

“Dostlarım və ailəmlə münasibətlərim mərclər səbəbindən dəyişdi, çünki mən həmişə tək qalmaq istəyirdim. Mənə elə gəldi ki, onlarla keçirdiyim vaxt boşa gedir. Həmişə əsəbi olurdum. Mənim yeganə əyləncəm mərc etmək idi. Yaxşı məşq etmədim və meydanda 100%-mi vermədim. Gündə 10-12 saatımı telefonumda keçirirdim. Bu gün haqqında danışsaq, mən artıq mərc oynamıram və gündə üç-dörd saatdan artıq telefondan istifadə etmirəm".