"Napoli"nin hücumçusu Viktor Osimhen A Seriyasında cari mövsüm başa çatdıqdan sonra karyerasını harada davam etdirmək istədiyinə qərar verib.

Offsideplus.az xəbər verir ki, bu barədə məşhur jurnalist Rudi Qalettin məlumat verib. Onun sözlərinə görə, nigeriyalı futbolçu İngiltərə Premyer Liqasında oynamağa üstünlük verir. Qeyd olunur ki, "Çelsi" oyunçu ilə fəal maraqlanır, London klubu üçün yay "transfer pəncərəsi"ndə Osimhenin alınması prioritetdir.

Xatırladaq ki, neapollular Osimhenlə müqaviləni 2026-cı ilin yayına kimi uzadıblar.