İtaliyanın "Yuventus" klubu heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

 Offsideplus.az "GOAL"a istinadla xəbər verir ki, A Seriyası təmsilçisi "Mançester Yunayted"in sol cinah vingeri Ceydon Sanço üçün hərəkətə keçib.

"Qırmızı şeytanlar"ın baş məşqçisi Erik ten Haqın gələcək planlarında yer almayan 23 yaşlı futbolçu karyerasını "Yuventus"da davam etdirə bilər.

Qeyd edək ki, Sançonun MY ilə 2026-cı ilədək müqaviləsi var.