"Empoli" İtaliya A seriyasında yeni antirekord müəyyənləşdirib.

Offsideplus.az xəbər verir ki, bu haqda "Opta" məlumat yayıb.

Komanda yeni mövsümün geridə qalan 5 turunun hamısında qol vurmadan uduzub və aktivində xal yoxdur. Nəticədə "Empoli" A seriyası tarixində mövsümün ilk 5 matçında xalsız olan və qol vura bilməyən ilk komanda olub.

Xatırladaq ki, klub bu yaxınlarda baş məşqçisini dəyişib. "Roma"ya məğlubiyyətdən sonra Paolo Zanetti istefaya göndərilib və yerinə Aurelio Andreatsoli gətirilib.