“Yuventus” klubunun yarımmüdafiəçisi Artur Melo “Fiorentina”ya keçməyə yaxındır.
Offsideplus.az xəbər verir ki, tərəflər 20 milyon avro satın alma bəndi ilə 3-4 milyon avroluq icarəyə razılaşıblar.
26 yaşlı braziliyalı futbolçu iyulun 21-də “bənövşəyilər” üçün tibbi müayinədən keçəcək.
Artur Melo 2022/23 mövsümündə icarə əsasında “Liverpul”da çıxış edib.