"Napoli"nin baş məşqçisi Luçano Spaletti və klub prezidenti Aurelio De Laurentiis arasında gərginlik davam edir.
Offsideplus.az xəbər verir ki, tərəflər arasında yayşanan fikir ayrılıqları və artan mübahisələr ilə bağlı italiyalı mütəxəssis postundan ayrıla bilər. Bu barədə "Carrie dello Sport" məlumat yayıb. Xəbərə görə, çalışdırıcının növbəti mövsüm də komandanın "sükanı arxasında" olması çox çətin görünür.
Mənbəyə görə, Spalettinin gedişi reallaşarsa, onu yerinə bir vaxtlar "Liverpul", "Real" (Madrid) kimi komandaları çalışdırmış məşhur mütəxəssis Rafael Benites keçəcək.
Xatırladaq ki, ispaniyalı baş məşqçi daha öncə 2013-2015-ci illər "Napoli"də işləyib.
Qeyd edək ki, Luçano Spaletti 33 il sonra Neapol təmsilçisini İtaliya A Seriyasında çempionluğa daşıyıb.
Fəqan İbrahimli