"Napoli"nin futbolçusu Viktor Osimhen hələ ki, heç bir klubla razılığa gəlməyib.
Offsideplus.az xəbər verir ki, bu barədə futbolçunun nümayəndələri "Mundo Deportivo"ya açıqlama verib. "Bavariya", PSJ və digər klublarla razılığa gəldiyi ilə bağlı iddialara belə cavab verilib:
"Saxta xəbərlərdir. Transfer barədə danışmaq hələ çox tezdir".
Qeyd edək ki, "Napoli" Osimhenə satış qiyməti qoymayıb.