"Qarabağ"la 2026-cı ilin yayınadək müqaviləsi olan Musa Qurbanlı ilə İtaliya A Seriyası klubu maraqlanır.
Offsideplus.az xəbər verir ki, bu barədə “footballnews24.it” saytı məlumat yayıb. 20 yaşlı hücumçu “Torino” klubunun idman direktoru Davide Vaqnatın transfer siyahısındadır.
Xviça Kvaratsxeliyanın “Napoli”dəki performansını nəzərə alan Vaqnat daha bir qafqazlının A seriyası üçün yeni kəşf olacağına inanır.
Qeyd edək ki, daha öncə Türkiyədən "Beşiktaş" daxil olmaqla, bəzi klubların Musa ilə maraqlandığı bildirilirdi.