“Empoli” klubu heyətini yeni futbolçuyla gücləndirib.

Offsideplus.az xəbər verir ki, A Seriyası təmsilçisi “Parma”nın yarımmüdafiəçisi Alberto Qrassini heyətinə qatıb. 

 İtaliyadan olan 27 yaşlı futbolçu 2022/23 mövsümünün sonuna kimi icarəyə götürülüb. Müqavilədə futbolçunun satın alınmasına dair də müvafiq bənd var. Futbolçu yeni komandasında 5 nömrəli formanı geyinəcək.