"Leççe" heyətini "Verona"nın mərkəz müdafiəçisi Mert Çetinlə gücləndirib. 

 Offsideplus.az klubun məıtbuat xidmətinə istinadən xəbər verir ki, 25 yaşlı oyunçu icarə əsasında yeni komandasında çıxış edəcək. Türkiyə millisinin üzvünün bu gün Leççe şəhərinə gələrək tibbi müayinədən keçəcəyi bildirilib.

, Mert Çetin İtaliyadakı karyerası 2019-2020 mövsümünün əvvəlində "Roma"ya transfer olması ilə başlayıb. O, paytaxt təmsilçisində elə də çox oyun şansı əldə edə bilməyən müdafiəçi 2020-2021 mövsümünün başlanğıcında "Verona" ya keçmişdi. Oyunçu qışa qədər sözügedən komandada oynamış, mövsümün 2-ci yarısını isə Türkiyə klubu "Kayserispor"da icarə əsaəsında başa vurmuşdu. 

Qeyd edək ki, "Leççe" ötən mövsüm B Seriyasında çempion olaraq A Seriyasına yüksəlmişdi.