İtaliyanın "İnter" klubu çilili futbolçusu Aleksis Sançeslə yollarını ayırır.

Offsideplus.az xəbər verir ki,  tərəflər müqaviləyə xitam verilməsi ilə bağlı razılığa gəliblər.

Qeyd edəl ki, 2019-cu ildən "İnter"də çıxış edən 34 yaşlı hücumçu ötən mövsüm 39 oyunda 9 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.