"İnter" yeni mövsüm üçün transfer çalışmalarını davam etdirir.
Offsideplus.az xəbər verir ki, Milan təmsilçisi "Empoli"nin 20 yaşlı albaniyalı yarımmüdafiəçisi Kristyan Asllanini icarə əsasında heyətinə qatacaq. "Nerdazurrilər" bu keçid üçün qarşı 4 milyon avro ödəyəcək. İtaliya nəhəngi oyunçunu birdəfəlik almaq üçün isə 10 milyon ödəməli olacaq. Bu barədə jurnalist Fabrizio Romano "tvitter" hesabında məlumat verib.
Qeyd edək ki, Albaniya millisinin üzvü başa çatan mövsümdə A Seriyasında 23 matçda 1 qol və 1 məhsuldar ötürmə edib.