İtaliyanın "Milan" klubu heyətini yeni futbolçuyla gücləndirib.

 Offsideplus.az "Calciomerchato"ya istinadla xəbər verir ki, "rossonyerlər" "Liverpul"un hücumçusu Divok Origini transfer edib. 27 yaşlı belçikalı forvardla 4 illik müqavilənin imzalandığı bildirilir.

Origi ilinə 4 milyon avro qazanacaq.

O, bu mövsüm çıxdığı 17 oyunda 6 qol vurub, 4 məhsuldar ötürmə verib.