"Tottenhem" "Milan"dan ayrılacaq olan Frank Kessieni heyətinə qatmaq istəyir.

 Offisdeplus.az xəbər verir ki, "mahmızlar" 25 yaşlı yarımmüdafiəçini qışda transfer etmək niyyətindədir.

Fildişi Sahilli futbolçunun klubuyla hazırkı sözləşməsi bu mövsümün sonu başa çatır.

Qeyd edək ki, Kessie bu mövsüm "Milan"ın heyətində  21 oyunda 5 qol və 1 məhsuldar ötürmə edib.