"Milan"ın yarımmüdafiəçisi Tyemue Bakayoko ""Latsio" ilə qarşılaşmadan sonra (2:0) rəqib komandanın azarkeşləri tərəfindən səsləndirilən irqçi təhqirləri şərh edib.
Offsideplus.az xəbər verir ki, futbolçu bunları deyib:
"Hər şeyə görə təşəkkürlər, "rossoneri". Təəssüf ki, debüt matçımda zədələndim, amma ən əsası qazandığımız 3 xaldır. Bəzi "Latsio" azarkeşləri mənim və qardaşı Frank Kessyenin ünvanına iqrçi təhqirlər səsləndiriblər. İnanıram ki, "Milan" o azarkeşlərin cəzalandırılması üçün hər şeyi edəcək. Biz öz dərimizin rəngi ilə fəxr edirik".