"Yuventus"un kapitanı Corcio Kyellini Kriştianu Ronaldunun komandanı tərk etməsi haqqında danışıb. 

Offsideplus.azxəbər verir ki, təcrübəli müdafiəçi portuqaliyalı ulduza təşəkkür edib: 

"Əgər sənin komandanda belə bir futbolçu oynayırsa, mütləq oyunu onun üzrəində qurmalısan. Biz Kriştianuya bu illər ərzində etdiklərinə görə təşəkkür etməliyik. Amma artıq irəli baxmalıyıq. Artıq "Yuventus" Dibalanın komandası olacaq. Ronaldunun gəlişindən sonra onun məhsuldarlığı aşağı düşüb, lakin o, komandamızın lideridir". 

Qeyd edək ki, Kriştianu Ronaldu 2018-ci ildə "Real Madrid"dən "Yuventus"a keçmişdi. Bu ilin sentyabrında isə portuqaliyalı futbolçu keçmiş klubu "Mançester Yunayted"lə müqavilə imzalayıb.