İtaliyanın "İnter" klubunun futbolçusu Kristian Eriksen növbəti həftə kluba qoşulacaq.

Offsideplus.az xəbər verir ki, 29 yaşlı futbolçu Milan klubunda tibbi müayinədən keçəcək və bəzi testlər verəcək. Yalnız bundan sonra onun karyerasını davam etdirib-etdirməyəcəyi müəyyənləşəcək. Tibbi müayinənin və testin nəticəsi ürəkaçan olsa, o zaman futbolçu avqustdan komandaya qoşulacaq. Lakin onun 6 ay ərzində meydana çıxması gözlənilmir. 

AVRO-2020-nin qrup mərhələsinin ilk turunda Finlandiya ilə oyunun əvvəlində Kristian Eriksenin ürəyi dayanıb. İlkin tibbi yardımdan sonra özünə gələn yarımmüdafiəçi uzun müddətdir həkim nəzarətindədir.