İtaliya A Seriyası komandaları 2022-23 mövsümü üçün forma dizayn edərkən yaşıl rəngdən istifadə edə bilməyəcəklər.

Offsideplus.az xəbər verir ki, buna səbəb yaşıl forma geyinən futbolçuları yaşıl meydançada görmək çətindir. Yalnız səfər oyunları üçün formalara aid olan qaydaya əsasən, qapıçılar yaşıl rəng geyinə biləcək. 

Qeyd edək ki, İtaliyanın "Sassuolo", "Atalanta" və "Latsio" klubları formalarında yaşıl rəngdən istifadə edir. Forma rənglərini dəyişmək digər komandalar üçün problem olmasa da, "Sassuolo" qara zolaqlı yaşıl formalarını yenidən dizayn etməli olacaq.