38 yaşlı Frank Riberi "Fiorentina" ilə vidalaşıb.

Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, fransalı yarımmüdafiəçinin başa çatan müqaviləsi yenilənməyib. 

Qeyd edək ki, o, "Bavariya"da keçirdiyi 12 ilin ardından 2019-cu ildə  azad agent olaraq "Fiorentina"ya transfer olunub. İtaliya təmsilçisi ilə 51 oyuna çıxan Riberi, 5 qol vurub, 10 assistə imza atıb.