İspaniya millisinin və "Barselona"nın məşhur müdafiəçisi Jordi Alba karyerasını İtaliyada davam etdirə bilər. 

Offsideplus.az "Mundo Deportivo"ya istinadla xəbər verir ki, sol cinah müdafiəçisinin xidmətində "İnter" maraqlıdır. Milanlılar bu keçidin qarşılığında bir neçə futbolçusunu İspaniyaya göndərməyə hazırdır. Lakin "Barsa"nın "göy-qaralar"ın təklifinə isti yanaşacağı inandırıcı görünmür.

Qeyd edək ki, Albanın transferi alınmasa, son İtaliya çempionu "Çelsi"li Markos Alonso üçün hərəkətə keçəcək.