Olivye Jirunun "Çelsi" ilə müqaviləsinin müddəti gələn ay başa çatır. 

Offsideplus.az xəbər verir ki, "zadəganlar" 34 yaşlı hücumçu ilə yeni anlaşma imzalamaqda maraqlı deyil. Jirunun özü də karyerasını başqa ölkədə davam etdirməkdə maraqlıdır. Futbolçuyla "Milan" yaxından maraqlanır. Klubun direktoru Paolo Maldini artıq futbolçunun agenti ilə maaş məsələsinin müzakirəsinə başlayıb. Maliyyə planında fikir ayrılığı yaşanmasa, Jiru karyerasını qırmızı-qara formada davam etdirəcək.

Qeyd edək ki, DÇ-2018-in qalibi cari mövsümdə "Çelsi" formasında 31 oyunda 11 qol vurub.