“Roma” klubu ciddi itki ilə üzləşib.

Offsideplus.az xəbər verir ki, "canavarlar"ın qapıçısı Pau Lopes sıradan çıxıb. 

Avroliqanın yarımfinal mərhələsinin “Mançester Yunayted”lə ilk oyununda (2:6) çiynindən zədələnən Lopes əməliyyat olunub. O, 3 ay yaşıl meydanlardan uzaq qalacaq.