2019-cu ildə İtaliya Kubokunun 1/4 finalında baş tutan "Atalanta" - "Yuventus" oyununda (3:0) Kriştiano Ronaldo Robin Qosensi utandırıb.
Offsideplus.az Goal-a istinadən xəbər verir ki, oyunun sonunda Qosens portuqaliyalı ulduzdan futbolkalarını dəyişməyi istəyib. Ronaldo isə soyuqqanlı şəkildə almaniyalı müdafiəçinin istəyini geri çevirib.
Robin açıqlamasında, Ronaldonun bu hərəkətindən sonra özünü aşağılanmış kimi hiss edib və çox utanıb. 26 yaşlı futbolçu Ronaldonun rədd cavabından sonra kimsənin bunu görmədiyinə əmin olmaq üçün dərhal ətrafına baxdığını qeyd edib.