"Yuventus"un məşhur futbolçuları Paulo Dibala, Ueston Makkenni və Artur Melo cəzalana bilər.
Offsideplus.az "La Stampa"ya istinadən xəbər verir ki, buna səbəb onların pandemiya qaydalarını pozmasıdır. Belə ki, Makkenni İtaliyada saat 23:30-dan etibarən tətbiq edilən komendant saatı zamanı 20 nəfərlik ziyafət verib. Qonaqlıqda "Yuventus"un digər futbolçuları Paulo Dibala və Artur Melo da iştirak edib.
Futbolçuların bu hərəkətinə görə cəzalanacağı gözlənilir.