"Roma"nın müdafiəçisi Maraş Kambulla üçün mövsüm erkən başa çatıb.
Offsideplus.az "Calciomercato"ya istinadla xəbər verir ki, Albaniya millisinin şərəfini qoruyan müdafiəçi DÇ-2022-nin seçmə mərhələ çərçivəsində Andorra ilə baş tutan oyunda zədələnib. Tibbi müayinədən sonra Maraşın zədəsinin ciddiliyi üzə çıxıb ki, yığmanın düşərgəsini tər edib. Ən yaxşı halda 3 aydan sonra məşqlərə başlaya biləcəyi qeyd olunub.
Qeyd edək ki, 21 yaşlı futbolçu "Verona"ya məxsus olsa da, icarə əsasında "Roma"da çıxış edir. Cari mövsümdə "canavarlar"ın heyətində meydana çıxdığı 23 qarşılaşmada 2 qol vurub.