"Yuventus"un vitse-prezidenti Pavel Nedved baş məşqçi Andrea Pirlo və Kriştiano Ronaldonun klubdakı karyerası barədə açıqlama verib.
Offsideplus.az xəbər verir ki, klub rəsmisi hər ikisinin komandada qalacağını qəti şəkildə bildirib:
"Ronaldo "Yuventus"da qalacaq. O, toxunulmazdır. Andrea Pirloya gəlincə isə o, gələn mövsümdə də bizim baş məşqçimiz olacaq".
Qeyd edək ki, daha öncə klubun idman direktoru Fabio Paratiçi də portuqaliyalı ulduzun "Yuventus"da qalacağını açıqlamışdı.