6 qat İtaliya çempionu, 4 qat ölkə kubokunun qalibi, 3 dəfə ölkə Superkubokunun sahibi Massimiliano Alleqri maraqlı fakta aydınlıq gətirib.
Offsideplus.az xəbər verir ki, təcrtübəli mütəxəssis vaxtilə "Real"dan aldığı təklifi geri çevirib ki, bu, məşqçilik karyerasında birinci və sonuncu imtina qərarı olub. Alleqri qərarı nə üçün verdiyini ilk dəfə açıqlayıb: "3 il əvvəl "Real"dan mənimlə əlaqə saxlamışdılar. Lakin gec idi, çünki "Yuventus" rəhbərliyinə komandada qalacağıma dair söz vermişdim. Sırf buna görə belə oldu. Həyatımda ilk imtinam idi".
Qeyd edək ki, 53 yaşlı çalışdırıcı "Yuventus"dan ayrılan bu yana, yəni 2019-un mayından işsizdir.