"Milan" Hakan Çalhanoğlu ilə yeni müqavilə imzalamaq niyyətindədir.
Offsideplus.az "MilanNews"a istinadla xəbər verir ki, türk futbolçunun klubla anlaşmasının müqaviləsi 2021-nin yayına qədərdir. Buna baxmayaraq, Hakan klub rəhbərliyinə növbəti əməkdaşlıqla bağlı "hə" deməyib. Tərəflər ilk növbədə maliyyə şərtlərində ortaq dil tapmalıdır.
"10 nömrə" əvvəlki açıqlamalarında növbəti əməkdaşlıq çərçivəsində "Milan"da ilə 7 milyon avro qazanmaq istədiyini bildirsə də, rəhbərlik ona 4 milyon+əlavə bonuslar təklif edir. Bu isə başqa klublardan da sərfəli təkliflər alan Çalhanoğlunun ürəyincə deyil.
Qeyd edək ki, Türkiyə millisinin üzvü cari mövsümdə meydanda olduğiu 18 qarşıllaşmada 1 qol vurub, 8 məhsuldar ötürmə verib.