"İnter"in baş məşqçisi Antonio Konte iki oyunluq cəzalandırılıb.
Offsideplus.az İtaliya mətbuatına istinadən xəbər verir ki, buna səbəb 52 yaşlı mütəxəssisin "Udineze" ilə matçda (0:0) hakimlə mübahisəsi olub. Konte həmçinin 20 min avro məbləğində cərimə ödəməlidir.
Qeyd edək ki, italiyalı baş məşqçi 90+1-ci dəqiqədə texniki zonadan uzaqlaşdırılsa da, referi ilə mübahisəni davam etdirmişdi.