"Roma" klubunun gözü "Lill"in türkiyəli futbolçusu Zeki Çelikə düşüb.

Offsideplus.az Calciomercato-ya istinadən xəbər verir ki, İtaliya təmsilçisi 23 yaşlı müdafiəçi üçün danışıqlara başlayıb. "Lill" klubu Çelik üçün 15 milyon avro (18 milyon dollar) satış qiyməti qoyub. 

Qeyd edək ki, Zeki Çelik 2018-ci ildə "İstanbulspor"dan "Lill"ə transfer olub.