“Napoli”nin baş məşqçisi Mauritsio Sarri “Yuventus” azarkeşlərini təhqir edib.
Offsideplus.az xəbər verir ki, hadisə dünən Turin klubu ilə səfər oyunu öncəsi baş verib. “Napoli”nin avtobusu “Alyans – “Yuventus” stadionuna daxil olarkən Sarri yerli fanatlara orta barmağını göstərib. O, bunu onların bənzər hərəkətinə cavab olaraq edib.
Qeyd edək ki, “Yuventus” – “Napoli” matçı qonaqların 90-cı dəqiqədə (Kalidu Kulibali) vurduğu qol sayəsində 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.