"Atalanta" yeni futbolçu ilə güclənəcək.

Offsideplus.az "Sky Sport İtalia"ya istinadla xəbər verir ki, Berqamo təmsilçisi Yoahim Mehle üçün hərəkətə keçib. A seriyasında mübarizə aparan "Atalanta" 23 yaşlı danimarkalını çoxdan izləyir. Klubdaxili müzakirələrdən sonra 23 yaşlı futbolçunun transferinə qərar verilib.

İtalyanlar Mehleyə görə 10 milyon avrosundan keçməyə hazırdır. Müdafiəçinin müqavilə ilə məxsus olduğu "Genk" isə nisbətən artıq məbləğ tələb edir. Tərəflər arasında danışıqlar davam edir. 

Qeyd edək ki, sağ cinah müdafiəçisi mövqeyində çıxış edən Yaohim 2020-ci ildə Danimarka millisində 6 oyun keçirib.