"Barselona"da Messi ilə "Yuventus"da Ronaldo ilə birlikdə oynamaq şansı qazanan Artur Melo bu iki ulduzu dəyərləndirib.

Offsideplus.az xəbər verir ki, 24 yaşlı braziliyalı Kriştiano Ronaldonun Messiyə nisbətən daha əlçatan olduğunu deyib. O qeyd edib ki, portuqaliyalı ulduz daha mehribandır və heç vaxt köməyə ehtiyacı olan komanda yoldaşlarına arxasını dönmür.

"İlk öncə onlar çempiondurlar. Həmişə oyunun başlanğıcından sonuna qədər tam motivasiyada olurlar. 3 qol vurdularsa, o dəqiqə 4-cü haqqında düşünürlər. Bu həm adama təsir edir, həm də yaxşı motivasiya verir. Çünki səni daha yaxşı olmağa məcbur edirlər.

Messi ilə qarşılaşdırsaq, Ronaldo daha söhbətcil və əlçatandır. Köməyə ehtiyacı olan dostlarına heç vaxt arxasını dönmür. Onlara ilham verir".

Qeyd edək ki, Artur Melo bu il "Barselona"dan "Yuventus"a Miralem Pyaniçin qarşılığında göndərilmişdi.