“Barselona” klubunun futbolçusu Artur karyerasını İtaliya A Seriyasında davam etdirəcək.

Offsideplus.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi “Yuventus” klubuna keçəcək.

Arturun artıq tibbi müayinədən keçmək üçün Turinə gəldiyi də bildirilir.

23 yaşlı yarımmüdafiəçi tibbi müayinədən keçdikdən sonra “Yuventus”la rəsmi müqavilə imzalayacaq.